QARI NƏNƏNİN QURŞAĞI

Göy qurşağı. (“Koroğlu” dastanının lüğəti)

Qarı nənə öz qurşağını uzadıb, göyün üzünə yeddi qələmlə yeddi zinət vururdu.  (“Koroğlunun İstanbul səfəri”)

QARI1
QARINCA
OBASTAN VİKİ
Küpəgirən qarı
Küpəgirən qarı — Azərbaycan nağıllarındakı personajlardan biri. Küpəgirən qarı nağılların mənfi obrazlarındandır. Evlər yıxan, fitnə-fəsad quran, cilddən-cildə girən, ovsunlu, məharətli, bədəməldir. Bir anlığa gözəllər gözəli də ola bilir, mələklər mələyi də, göyə də qalxa bilir, yerə də enə bilir, ancaq eybəcərliyinə dov gələ bilmir, üst dodağı göy süpürür, alt dodağı yer, bədheybətdir. Yuxuda onu görürsən əgər, Küpəgirən səni qazana atıb qaynadır ki, bişirib yesin! Qışqırırsan, tanış bəzilərini köməyə çağırırsan, amma səsin çıxmır. O qazandan çıxmaq istəyirsən, lakin Küpəgirən qarı süpürgəsi ilə başından vurur. Təzədən qazana girirsən! Neyləməlisən? Əlbəttə ki yuxudan oyanmalısan!
Qarı Körpüsü
Qarı Körpüsü — Təbriz şəhərində Quruçayın üzərində yerləşən, Qacarlar dövrünə aid daş körpü. == Haqqında == Qarı körpüsü və ya çıraq körpüsü Təbriz şəhərində Quruçayın üzərində yerləşir. 8 aşırımlı olan körpü Qacarlar dövründə tikilib. Qoç şəkilli sütun başlıqları və lampaları da Qacarlar dövrünə aiddir. Deyilənə görə bu körpünün tikilməsinə yaşlı bir qadın kömək etdiyi üçün körpü Qarı körpüsü adlandırılıb. Körpü Siqqətül İslam küçəsində yerləşir və Təbriz bazarını Təbrizin şimal məhəllələrindən olan Şeşgilan və Dəvəçi məhəllələri ilə birləşdirir. Pəhləvilər dövründə körpünün qərbində daha kiçik piyada körpüsü də tikilib. Qarı körpüsü 2000-ci ildə milli abidə olaraq qeydiyyata alınıb.
Qarı Nənə
Qarı Nənə — Azərbaycan folklorunda mifik xarakter. Fars folklorunda isə Nəne Sərma adlı eyni xarakter var.
Qarı İzerqil
İzergil qarı - (rus. Старуха Изергиль) - 1894-cü ildə Maksim Qorki tərəfindən yazılmış əsər. == Ədəbiyyat == Ханов В. А. Рассказ М. Горького «Старуха Изергиль»: культурологические аспекты // Русская словесность. — 2003. — № 4. Щербина И. «Я и Старуха…»: О рассказе М. Горького «Старуха Изергиль». И. Щербина // Литература. — 2003 — № 8. Гуйс, Ирина. «Старуха Изергиль» А. М. Горького [Текст] : новый взгляд / Ирина Гуйс // Литература.
İzergil qarı
İzergil qarı - (rus. Старуха Изергиль) - 1894-cü ildə Maksim Qorki tərəfindən yazılmış əsər. == Ədəbiyyat == Ханов В. А. Рассказ М. Горького «Старуха Изергиль»: культурологические аспекты // Русская словесность. — 2003. — № 4. Щербина И. «Я и Старуха…»: О рассказе М. Горького «Старуха Изергиль». И. Щербина // Литература. — 2003 — № 8. Гуйс, Ирина. «Старуха Изергиль» А. М. Горького [Текст] : новый взгляд / Ирина Гуйс // Литература.
Alp qurşağı
Alp qurşağı — dağda qısaboylu ot bitkilərindən ibarət çəmənlik (yaylaq) deməkdir. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Asteroid qurşağı
Asteroid qurşağı — Mars və Yupiter planetləri arasında yerləşən, Günəş sistemində asteroidlərin ən çox rast gəlindiyi bölgə. Bəzi fərziyyələrə görə parçalanmış qədim planet Faetonun qalığıdır. Bu fərziyyələr Titsius-Bode qanunu ilə də təsdiq olunur. Qurşaqda yerləşən asteroidlərin ən iriləri Serera, Pallada, (4) Vesta və (3) Yunonadır. İlk asteroid Serera 1801-ci ildə kəşf edilmişdir. O həm də asteroidlərin ən böyüyüdür. Ən parlaq asteroid Vestadır. Qurşaqdakı asteroidlərin diametrləri 800 m — 1 km arasında dəyişir. Asteroid kəşfi, planetlərin riyazi bir seriala görə sıralandığını nəzərdə tutan (lakin Neptunun kəşfi etibarlılığını itirən) Titius-Bode qanunu sayəsində başlamışdır. Bu düstur J. D. Titius tərəfindən 1766-cı ildə, J. E. Bode tərəfindən isə 1778-ci ildə ifadə edilmişdir .
Dağ qurşağı
Dağ qurşağı — geniş zolaq şəklində ardıcıl yerləşən dağlıq ölkələr.Dağ qurumlarının rayonlaşdırılmasında ən iri vahid hesab olunur.Dağ qurşağının uzunluğu bir neçə 10 min km, eni isə bir neçə kilometrə qədər olur.(Mis: Avrasiya boyu uzanan dağ qurşağı). Geostruktur cəhətdən qırışıqlıq qurşağına uyğun gəlir./ Mis: Alp, Karpat, Qafqaz, Himalay/.
Göy qurşağı
Göy qurşağı — atmosferdə, havadakı su damlacıqlarından işığın sınması və əks olunması nəticəsində əmələ gələn optik hadisə. Göy qurşağı Günəşə qarşı tərəfdə yağış tökülən buludların fonunda böyük, müxtəlif rəngli, bir, iki və bəzən üç qövsdən ibarətdir. Adətən üst qövs qırmızı, daxili qövs bənövşəyi olur. == Göy qurşağı haqqında məlumat == Bir çox mədəniyyət göyqurşağını cənnət ilə dünya arasındakı körpü olaraq görməkdədir. Təbiətdəki ən gözəl mənzərələrdən biri olan göy qurşağı qərb mədəniyyətində ümid və şans simvolu olmuşdur. İran müsəlmanlarına görə göyqurşağındakı rənglərin hər birinin bir mənası vardır. Yaşıl bolluq, qırmızı döyüş, sarı isə ölüm mənasını verir. Sibirdə göyqgurşağının Günəşin dili olduğu düşünülür. Cənubi Amerika aborigenləri isə göyqurşağının dənizin üzərində görülməsinin bir şans olduğuna inanırlar.
Koyper qurşağı
Ecvort-Koyper qurşağı və ya Koyper qurşağı — Neptun orbitindən, yəni Günəşdən 30 a.v., Günəşdən 55 a.v.-ya qədər ucalan Günəş sistemin bölgəsi. O, Asteroid qurşağına oxşayır, lakin ondan 20 dəfə geniş və 20-200 dəfə ağırdır.Günəş Sisteminin sonuncu planeti Neptunun arxasında, kosmik boşluqda milyardlarla km genişlikdə bir "Uçurum" var. Adına Koyper qurşağı deyirik. Milyonlarla irili-xırdalı daş-buz- qaya yığınından ibarətdir. Pluton da onlardan biridir. Günəşdən 5 milyard km uzaqlıqdan başlayıb onlarla milyard km`ə qədər uzanan qurşağın üzvləri ümumilikdə Neptunarxası cisimlər adlanır. Günəş Sisteminin formalaşmasından geriyə qalan həmin daş qaya yığınını, məhz Günəş Sisteminin bünövrə daşları adlandırmaq olar.
Saat qurşağı
Saat qurşağı — Yerin müəyyən hissəsində uyğun qanuna əsasən təyin olunmuş xüsusi zaman qurşağı. Yer öz oxu ətrafında fırlandığından qütblər istisna olmaqla şimaldan cənuba uzanan meridian üzərində olan bütün nöqtələr qərbdən şərqə doğru fırlanaraq səmada dairə cızırlar. Nəticədə gecə-gündüz yaranır. Yer kürə formasında olduğundan Günəş şüaları onun bütün səthini eyni vaxtda işıqlandıra bilmir. Günəşin işıqlandırdığı hissədə gündüz, qaranlıqda qalan hissədə isə gecə olur və Yerin fırlanması ilə əlaqədar olaraq bu növbələşmə ardıcıl olaraq davam edərək gecə-gündüzü əmələ gətirir. Bu səbəblərdən Yer səthinin müxtəlif hissələrində saatlar müxtəlif zamanı göstərir. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. Eyni meridian üzərindəki məntəqələrdə vaxt eyni olur və yerli vaxt adlanır. 0-cı(24-cü) saat qurşağı Qrinviç meridianından başlanır.
Subantarktika qurşağı
Subantarktika qurşağı - cənub yarımkürəsində yerləşən coğrafi qurşaq. 58—60° ilə 65—67°Cənub en dairələri arasında qərarlaşır. Ərazisinin böyük hissəsi okeanlarda yerləşir. Sakit, Atlantik və Hind okeanlarının bir hissəsini əhatə edir. Ərazisində çoxlu sayda kiçik adalar vardır. Ərazisi Qərb küləklərinin təsirinə məruz qalır. Cənub sərhədi Cənub okeanı, şimal sərhədi bəzən Tristan-da-Kunya və Amsterdam adası olaraq götürülür. Digər mənbələrdə isə 65—67° və 58—60 °C. e arasında olan bölgə nəzərdə tutulur. Subantarktika qurşağı üçün hava kütlələrinin mövsüm üzrə bir-birini əvəz etməsi xarakterikdir. Qışda Antarktika, yayda isə mulayim enliklərin hava kütlələri hakimdir.
İqlim qurşağı
İqlim (yun. κλίμα (klimatos) — havanın çoxillik rejimi. Hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusu. Planetar miqyasda, zonalar daxilində iqlim makroiqlim adlanır. Müəyyən coğrafi landşaft üçün xarakterik olub bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim -məhəlli iqlim (mezoiqlim də adlanır), kiçik sahələrdə (tarla, yamac, təbii və süni göllər, sahil, şəhər və s.) havanın yer səthinə yaxın təbəqəsinin iqliminə isə mikroiqlim deyilir. İqlimyaradıcı amillər günəş radiasiyası, hava axınları, ərazinin mövqeyi, səth örtüyünün vəziyyəti və sairədir. Əsas iqlimyaradıcı proseslər isə atmosferin ümumi dövranı və rütubət dövranıdır. İqlim təsir göstərən coğrafi amillər-coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları, bitki və torpaq örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir. == İqlim amilləri == İqlimin əsas elementləri: günəş radiasiyası (işıq, istilik), atmosfer çöküntüləri və atmosfer təzyiqi, havanın rütubətliyi, torpağın rütubətliyi, havanın sirkulyasiyası (külək), atmosfer təzyiqi. İqlim amilləri biosenozun inkişafı üçün şərait yaradır.
Qırmızı qarı (pyes)
Qırmızı qarı (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1921-ci ildə yazmışdır. “Qırmızı qarı” (1921) pyеsində ədib qarını “qırmızı tufan еlçisi”, müsbət bir оbraz kimi qələmə alır. Qarının bir arzusu var: "zəncir və zülm dünyasının axırına çıxmaq!" Əsər, əsgərlərin zülmət səltənəti üzərindəki qələbəsi ilə bitir və qarının arzusu həqiqətə çеvrilir.
Ekvatorial iqlim qurşağı
== Ekvatorial iqlim qurşağı == Ekvatorial iqlim qurşağı tam zolaq yaratmır. Ilboyu ekvatorial hava kütləsi hakimdir. Günəş radiasiyasının miqdarı az dəyişdiyindən fəsillər bilinmir, daima yaydır. Günəşin düşmə bucağı böyük, hava qalxan hərəkətlidir. Ilboyu temperatur +26 - +28°C-dir. Təzyiq alçaqdır. Hər gün hava buludlu və yağıntılı olur. Sıx çay şəbəkəsi mövcuddur. Yağıntıların çox olmasının əsas səbəbi bu zonada okeanların çox geniş sahə tutmasıdır. Məlum olduğu kimi,atmosferin umumi hava dövrani bir çox səbəblərdən ,xususi ilə suyun və qurunun qeyri-bərabər paylanması amilinin təsiri ilə pozulur.Nəticədə biz ideal ,yəni həmin sahə üçün gözlənən dövrü görmuruk.Dövrun pozulması yer kürəsində radiasiya rejiminin üstünlük təşkil etməsi ilə əlaqədar olaraq yalnız müxtəlif sahələrdə və xüsusən merdional istiqamətdə baş verir.O na görədə yer kürəsində atmosferin ümumi dövrü nə qədər pozulsada ,yenə yer kürəsində iqlim zonallığı müşahidə edilir.Ekvatorial iqllim tipinin ən başlıca xassəsi passatlar vasitəsi ilə buraya gələn tropik havanın rütubətlənməsidir.
Göy qurşağı bayrağı
Göy qurşağı bayrağı — göy qurşağı rənglərindən (mavi rəng daxil olmamaqla) ibarət olan bayraq. Dünyada lesbiyanlar, geylər, biseksual və transgenderlərin (qısa olaraq – LGBT), həmçinin onlara qarşı insan hüquqlarına dəstək hərəkatının beynəlmiləl rəmzidir. == Tarix == Göy qurşağı bayrağı Gilbert Baker tərəfindən xüsusi olaraq 1978 -ci ildə San Francisco Gay Azadlıq Günü üçün hazırlanmışdır. Bu il yerli LGBT cəmiyyəti üçün tarixi oldu - Kaliforniyada ilk dəfə olaraq açıq şəkildə gey olan Harvey Milk siyasi vəzifəyə (şəhərin müşahidə şurasının üzvü olaraq) seçildi. Eyni zamanda, dövlət mühafizəkarlar tərəfindən qanuna ayrı -seçkilik dəyişiklikləri ("Briggs Təşəbbüsü") daxil etmək üçün bir kampaniya başladıldı. Gilbert Baker, gey aktivistlərin LGBT cəmiyyətini təcəssüm etdirən və birləşdirən canlı bir simvol yaratmaq çağırışına cavab verdi. Bayraq gey qüruru və açıqlıq anlayışını təcəssüm etdirir.
Şərqi saat qurşağı
Şərqi vaxt zonası (ing. Eastern Time Zone), Amerika Birləşmiş Ştatları və Kanadanın şərq hissəsini, Cənubi Amerika qitəsini və Karib hövzəsini əhatə edən saat qurşağıdır. Qış mövsümündə Koordinasiya edilmiş ümumdünya vaxtı ilə 5, yaz mövsümündə isə 4 saat fərq var. == Tətbiq olunduğu yerlər == === Kanada === Kanadanın aşağıdakı əyalət və şəhərləri, şərqi vaxt zonasından istifadə edirlər: Ontario Kvebek Nunavut === Amerika Birləşmiş Ştatları === Amerika Birləşmiş Ştatlarının aşağıdakı əyalət və şəhərləri, şərqi vaxt zonasından istifadə edirlər: Qərbi Virciniya Konnektikut Delaver Corciya Men Merilend Massaçusets Nyu-Hempşir Nyu-Cersi Nyu-York ştatı Şimali Karolina Ohayo Pensilvaniya Rod-Aylend Virciniya === Digər ölkələr === Aşağıdakı ölkər də şərqi vaxt zonasından istifadə edirlər: Meksika Panama Yamayka Haiti Kuba Baham adaları === Cənubi Amerika === Cənubi Amerika qitəsində bəzi ölkələr də şərqi vaxt zonasından istifadə edirlər: Kolumbiya Ekvador (Qalapaqos adaları istisna) Peru Braziliyanın bəzi regionları Akri Amazonas — Əyalətin cənub-qərbindəki region.
Sultan Səncər və qarı
Sultan Səncər və qarı — 1174-1175-ci illərdə böyük Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının ikinci hekayətidir. böyük Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən tərcümə olunmuşdur. == Haqqında == "Sirlər xəzinəsi" poeması "Xəmsə"nin birinci kitabıdır. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. "Məxzənül-əsrar"ın ən məşhur dördüncü hekayətlərindən birinin qəhrəmanı da Sultan Səncərdir. Hekayədə Səncər ədaləti tanımayan, xalqın qeydinə qalmayan hökmdar kimi təsvir edilmişdir. == Məzmunu == Bir gün qoca qarı zülmün əlindən üsyan edir. Ölkənin hökmdarı Sultan Səncərin yaxasından tutub deyir: "Ey sultan, səndən ədalət görmədim, sənin zülmün əsla hesaba sığmaz. Sənin kefli darğan gəlib evimdə məni söyüb, salıb təpiyin altına döyüb. Günahsız yerə saçımı yolub evimdən çölə atıb.
92-ci ilin qarı (film, 2014)
92-ci ilin qarı qısametrajlı sənədli filmi rejissor Gültəkin Nəriman tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Bakı Şəhəri İcra Hakimiyyəti Kino Xidməti İdarəsində istehsal edilmişdir. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım — Xocalı soyqırımından bəhs edir. == Məzmun == Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım — Xocalı soyqırımından bəhs edir. Xocalı faciəsi 200 ildən artıq bir müddətdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik tənzimləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.Filmdə qanlı gecənin şahidlərinin ifadələri də yer almışdır. Film Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuşdur.
İlan və göy qurşağı (film, 1988)
İlan və göy qurşağı (ing. The Serpent and the Rainbow) — 1988-ci ildə Qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri (az büdcəli) siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru məşhur ABŞ rejissoru Ues Kreyvendir. Film real hadisələr əsasında çəkilmişdir. == Məzmun == Harvard Universitetinin antropoloqu Dennis Alan Vudu magiyasının vətəni Haitiyə gedir ki, xüsusi tozu tapsın. Bu toz insanın beyninə təsir edir və onu letargiya yuxusuna (uzun müddətli yuxu) aparır... == Maraqlı faktlar == Film əvvəlcə Haitidə çəkilməli idi. Lakin bu müddətdə Haitidə siyasi münaqişələr baş verdiyindən aktyorların qorunması üçün tədbir görülməsi çox çətin iş idi və haitililər onlara bu haqda məlumat vermişdilər. Bu səbəbdən filmin çəkilişi Dominikan Respublikasında aparılmışdır.
гости́ться забаю́кать копёшка ле́мма лоя́льно окамени́ть оха́ивание подсве́чиваться получелове́к глухаря́тина жаропонижа́ющий заспа́ть отцепно́й профессионализа́ция фисгармо́ния чернорабо́чие чистоте́л хохот ячея New England speos гримасник пускать сердцевина фронт